Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda koronavirusa yoluxanların sayı 284 mini ötdü

İranda ötən sutka ərzində daha 221 nəfər koronavirusdan (COVID19) ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 15 074 nəfərə çatıb.

Ölkədə ötən 24 saat ərzində daha 2 621 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 284 034 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 667 nəfərin vəziyyəti ağırdır.

İndiyədək İranda 247 230 nəfər koronavirusdan sağalıb.

Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətləri qırmızı zonalardır.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,25 milyondan çox test həyata keçirilib.

www.yenicag.az

328