Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda koronavirusa yoluxanların sayı 340 mini keçdi

İranda ötən sutka ərzində daha 2 245 nəfər koronavirusa (COVID 19) yoluxub.

Yenicag.azxəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Beləliklə, İranda indiyədək bu virusa yoluxanların sayı 341 070 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 911 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 161 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 19 492 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 295 630 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 2,83 milyondan çox diaqnoz testi həyata keçirilib.

www.yenicag.az

257