!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda “məqsədli” HİCAB ETİRAZI: “Molla rejimi diqqəti əsas problemlərdən yayındırmaq üçün...” – REAKSİYA

!Reklam – Yazi

“Qadınların məcburi hicab tələbinə yönəlik etirazları əsasən Tehranda müşahidə edilib”.

Bu fikirləri son günlər İranda qadınların hicabla bağlı məcburi qaydalara etiraz olaraq başladıqları aksiyalara münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran rejimi diqqəti əsas problemlərdən yayındırmaq üçün gündəmi bu kimi aksiyalarla dəyişməyə çalışır:

“Qadınların bu etiraz aksiyaları İranda çoxdan qeyd olunan hicab günü ərəfəsində başlayıb və əsas tələb məcburi hicab qaydalarının ləğv olunmasıdır. Yəqin özünüz də izləmisiniz, aksiyaya qatılan qadınlar nümayişkar tərzdə hicablarını, baş örtüklərini çıxarırlar, həmin qaydanın ləğvini tələb edirlər.

Onu da qeyd edim ki, qadınların məcburi hicab tələbinə yönəlik etirazları əsasən Tehranda müşahidə edilib. Narazı qadınların yayılan videokadrlarda yalnız farsca danışmaları da təbiidir. Çünki orada yaşayanlar daha çox o dildə ünsiyyət qururlar. Yəni digər şəhərlərdə, xüsusilə də nisbətən kiçik yaşayış məntəqələrində bu tip etiraz aksiyaları keçirilməyib.

Bu aksiyalarla əlaqədar gəlinən ilkin nəticə bundan ibarətdir ki, fars-molla rejimi diqqəti başlıca problemlərdən, ilk növbədə isə milli xarakter daşıyan məsələlərdən yayındırmaq üçün gündəmi bu kimi aksiyalarla dəyişməyə çalışır”.

A.Zeynalov

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv