!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda müttəhimlər aclıq aksiyası keçirir

!Reklam – Yazi

İranın İlam əyalətinin Abdanan və Dehloran şəhərlərindəki təcridxanalarda saxlanılan 10 müttəhim saxlanma şəraitinə və qeyri-müəyyən müddətə tutulduqlarına etiraz olaraq aclıq aksiyası keçirir.

Yenicag.az xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, onlar həmin şəhərlərdə Tehran rejiminin tətbiq etdiyi qadağalara qarşı keçirilən etiraz aksiyaları zamanı tutulub.

Belə ki, Aşkan Əhmədi, Saman Moradi Vandan, Motabi Mohammadoli, Saman Qasemi, Milad Ənsari, Puya Mahmudnejad, Ramin Salmani və Sajjad Camali Abdananda, Əkbər Dərvişi və Əmir Əkrəmi isə Dehloranda həbs ediliblər.

Məlumata görə, onların bəziləri üç aydan artıqdır həbsdədirlər.

İlam əyalətin prokurorluğu və ETTELAAT İdarəsi onlar barəsində həbs qərarının dəyişdirilməsinə və həmin şəxslərin zaminə buraxılmasına icazə vermir.

Bundan əvvəl isə Kərəcdəki həbsxanada bir qrup qadın aclıq aksiyasına başlayıb. Qadın müttəhimlər də saxlanma şəraitinə və qanunsuz həbslərə etiraz edirlər./Report/

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv