!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda öldürülən etirazçı sayı 200-ü ötdü - Təşkilat sədrindən XƏBƏRDARLIQ

!Reklam – Yazi

İranda öldürülən etirazçıların sayı artıb.

Yenicag.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatı son məlumatda 25 gündə baş verən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən və kimliyi təsdiq olunan ölü sayının 201 nəfər olduğunu açıqlayıb.

“İranın 17 əyalətində onlarla insan öldürülsüb. Ən çox insan itkisi Sistan-Bəluçistan, Mazandaran, Gilan, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində qeydə alınıb.

Sistan-Bəluçistan əyalətində 93, Mazandaran əyalətində 28 nəfər, Gilan 12, Qərbi Azərbaycan 12, Kürdüstan 14, Kermanşah 7, Tehran 11, Kirman 8, Əlborz 5, Xorasan-e Rəzəvi 3, Kohgiluye və Boyerəhməd 2, İsfahan 3, Zəngan 2, Qəzvin 2, Şərqi Azərbaycan 2, Semnan 1, Xuzistan 1, İlam 1 və Buşehrdə 1 nəfər güllələnərək öldürülüb.

Ağır yaralı sayı çox olduğuna görə, ölü sayının artacağı ehtimal edilir”, – deyə məlumatda qeyd edilib.

Təşkilatın sədri Mahmud Əmiri Müqəddəm məsələ ilə bağlı açıqlamasında etiraz aksiyaları keçirməyin vətəndaşların qanuni hüququ olduğunu deyib. Hökumətin repressiyalarını pisləyərək, yeni addımları barədə xəbərdarlıq edib.

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv