İranda qadın deputat koronavirusdan öldü

İran parlamentinin daha bir deputatı koronavirusdan ölüb.

Yenicag.az İran KİV-ə istinadən xəbər verir ki, Tehrandan deputat seçilən Fatimə Rəhbər ötən gün müalicə aldığı xəstəxanada komaya düşüb və bu gün həyatını itirib.

İndiyədək İranın Vatikandakı sabiq səfiri, İran parlamentinin 2 deputatı və bir sıra digər rəsmilər koronavirus nəticəsində dünyasını dəyişmişdi.

 

COP29