!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranda şahpərəstlərin çoxluq təşkil etmələrinə dair iddialar molla rejiminin öz uydurmasıdır” - REAKSİYA

!Reklam – Yazi

“Hazırda İranın əsas xalqlarını monarxiya deyil, öz gələcəkləri maraqlandırır və onlar bu istiqamətdə çalışırlar”.

Bu fikirləri İranda davam edən kütləvi etiraz dalğası fonunda 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin “populyarlığının” təlqin edilməsi cəhdlərinə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rza Pəhləvinin İran cəmiyyətində “ciddi nüfuz”a malik olması haqda iddia təşkil edilmiş süni təbliğatın elementidir:

“İran adlanan ölkədə devrilmiş şahın özünə və ailəsinə münasibət mütləq şəkildə birmənalı olmasa da, kifayət qədər konkretdir. Monarxiya dövründə yaşamış insanların şahlıq dönəminə neqativ yanaşması cəmiyyətdə yetərincə dərin kök atıb.

Təbii ki, İranda baş qaldıran etiraz dalğasında müxtəlif ideologiyalara əsaslanan kəsimlərin, o cümlədən şahpərəstlərin fəallaşmaları təəccüb doğurmamalıdır. Ancaq onların nisbətinin ümumi etirazçıların əsas hissəsini təşkil edəcək qədər çox olması absurddur.

Əslində, bununla bağlı iddianı uyduran fars-molla rejiminin özüdür. Rejim bu yolla öz mövcudluğunu uzatmaq üçün etiraz hərəkatını parçalamaq məqsədi güdür. Bunu isə hər kəs bilir və belə süni təbliğata uymur. Açıq desək, hazırda İranın əsas xalqlarını monarxiya deyil, öz gələcəkləri maraqlandırır və onlar bu istiqamətdə çalışırlar”.

A.Zeynalov

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv