!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda törədilən partlayışlarda ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 3 / VİDEO

!Reklam – Yazi

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir./Report/

***17:21

İranın Kerman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

***

16:52

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 20 nəfər həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə Kirman Fövqəladə Hallar İdarəsinin rəisi məlumat verib.

O əlavə edib ki, baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.

***


16:20

İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, xəbəri İran mətbuatı yayıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Məlumat üçün əlavə edək ki, insanlar bu gün Qasım Süleymaninin ABŞ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar.

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv