!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda yüzlərlə tələbə zəhərləndi - Hökumətdən şübhələnirlər

!Reklam – Yazi

İranda iki həftə ərzində 4 universitetdə 1200-ə yaxın tələbə zəhərlənib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə İsfahan Texnologiya Universiteti, Kərəc Xorazmi Universiteti, Ərak Texnologiya Universiteti və Tehran Əllamə Tebatebai Universitetinin tələbələrində zəhərlənmə əlamətləri aşkarlanıb.

Xəbərdə qidadan zəhərləndiyi bildirilən tələbələrin sayının təxminən 1200 nəfər olduğu bildirilib.

İran Tələbə Birliyinin “Telegram” hesabından paylaşılan mesajda qeyd edilib ki,  zəhərlənmə halları planlaşdırılan 3 günlük hökumət əleyhinə etiraz aksiyalarından bir qədər əvvəl baş verib.

Qeyd edək ki, 16 sentyabrdan İranda başlayan etirazlar universitetlərə də sirayət edib və nümayişlərlə bağlı çox sayda tələbə saxlanılıb, bəziləri həbs olunub. Son günlər sosial media üzərindən boykot, tətil, o cümlədən universitetlərin bağlanmasına çağırışlar edilir.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv