!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan 11 kq narkotiki Azərbaycana keçirən dəstə üzvləri tutuldu - FOTO

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.

DİN-dən Yenicag.az-a verilən xəbərə görə, tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad Budaqov və Elşən Məmmədov Masallı rayonu ərazisində tutulublar. Bu şəxslərdən və onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv