!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan amerikalı əsgərlərin öldürülməsinə REAKSİYA: “Biz ABŞ-yə xəbərdarlıq etmişdik”

!Reklam – Yazi

İordaniyada üç amerikalı əsgərin öldürülməsinə İran XİN münasibət bildirib.

Yenicag.az İran mediasına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb. O bildirib ki, İran ABŞ-yə dəfələrlə xəbərdarlıq edib.

“Biz Qəzza zolağında böhranın əvvəlindən Amerikaya xəbərdarlıq etmişdik.
İran Qəzzada İsrailin Fələstin xalqına qarşı davam edən hücumları səbəbindən regionda münaqişənin miqyasının genişlənməsi təhlükəsi barədə dəfələrlə xəbərdarlıq edib. İran həmçinin ABŞ-nin Qəzza zolağında və İordan çayının qərb sahilində fələstinlilərin soyqırımına tam dəstəyi barədə də xəbərdarlıq edib.
İsrail rejiminin Qəzza zolağına hücumlarına son qoyulması və dərhal atəşkəs əldə olunması regionda sülhün bərpasına səbəb ola bilər”, – Kənani deyib.

Xuraman Etibarlı

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv