!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan Ermənistana XƏBƏRDARLIQ: "Bu, bizim qırmızı xəttimizdir"

!Reklam – Yazi

İran Ermənistana Araz çayının çirklənməsi ilə bağlı xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Pars Today məlumat yayıb. Bildirilir ki, İran Ermənistana və mədən şirkətinə Araz çayının çirklənməsi ilə bağlı bildiriş göndərib.

İranın Su Ehtiyatlarının İdarə Olunması Şirkətinin yüksək vəzifəli məsul şəxslərindən biri İsa Bozorqzadə “İlna” xəbər agentliyinə müsahibəsində Ermənistanın Araz çayını çirkləndirməsi ilə bağlı İranın hərəkətləri barədə danışıb.

“Araz çayının suyunun keyfiyyəti və çirklənməsi İranın Energetika Nazirliyi üçün qırmızı xəttdir. Keyfiyyətə nəzarət üçün birgə işçi qruplarımız var. Çirklənmə ilə bağlı bildirişlər Ermənistan tərəfinə və mədən şirkətinə göndərilib.

Qrup monitorinqi İranın Energetika Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən həyata keçirilir. Bundan əlavə, Təbriz Tibb Elmləri Universitetində, eləcə də Su Heyvanları Baytarlıq fakültəsində əlavə tədqiqatlar aparılır.

Biz çalışırıq ki, suyun keyfiyyəti vətəndaşlarımızın sağlamlığına təhlükə yaratmasın”, – Bozorgzadə bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv