!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan Rusiya üçün hərbi tədarük: Molla rejimi Putinə hansı silahları göndərəcək?

!Reklam – Yazi

Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirən Rusiyaya İrandan yeni silah-sursat partiyasının göndəriləcəyi bildirilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı CNN-ə qərb ölkələrindən birinin rəsmi şəxsləri ötürüblər.

Məlumata görə, Rusiyaya zərbə dronları və müxtəlif tipli raketlər göndərən İran bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Qeyd olunur ki, İran əlavə olaraq Rusiyaya zərbə dronları və raketlər də daxil olmaqla, 1000-ə yaxın silah göndərməyi planlaşdırır.

Xəbərə əsasən, hazırlanan yeni silah partiyasına kiçikmənzilli “yer-yer” tipli ballistik raketlər, zərbə dronları və başqa silahlar daxildir.

Xatırladılır ki, İrandan Rusiyaya göndərilən son silah partiyasında 450 zərbə dronu olub. Silahların yeni partiyasının bu ilin sonuna kimi göndərilməsi planlaşdırılır.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv