!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranı böyük güclərlə qarşı-qarşıya gətirən SƏBƏB: "Nüvə silahını əldə etməkdən vaz keçməsə..." - RƏY

!Reklam – Yazi

“İranın nüvə silahı olsa, region üçün çox təhlükəli vəziyyət yaranacaq”.

Bu fikri İrana qarşı böyük güclərin hərbi əməliyyatlar keçirilmə ehtimalını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, İran nüvə silahını əldə etməkdən vaz keçməsə, əlbəttə, ona qarşı hərbi əməliyyatlar keçiriləcək:

“İranla bağlı ehtimallar həmişə olub, var, həmişə də gündəmdə olacaq. Nüvə silahının əldə olunması ilə bağlı İran nə qədər aktivləşirsə, ona qarşı çıxan ABŞ və İsrail tərəfindən xəbərdarlıqlar olunur. Son hücum da İrana xəbərdarlıq idi. İran elə bir dövlətdir ki, onun nüvə silahı olsa, region üçün çox təhlükəli vəziyyət yaranar.

İranın vəziyyəti ümumiyyətlə yaxşı deyil. Onun ətrafındakı ölkələrlə münasibəti gərgindir. Belə olduğu halda hərbi müdaxilə ehtimalı artmaqdadır. ABŞ və İsrail İrana xəbərdarlıq edib. Bundan sonrakı vəziyyət İranın atacağı addımlardan asılıdır. Əgər İran nüvə silahını əldə etməklə bağlı planlarını dayandırsa və bu yöndə öhdəçilik götürsə, hərbi müdaxilə müəyyən vaxt dayana bilər”.

Səxavət Məmməd

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv