!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Aİ-yə qarşı sanksiya həmləsi - 12 şəxs, 8 təşkilat

!Reklam – Yazi

İran ölkədəki etirazlara görə rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edən Avropa İttifaqına (Aİ) cavab olaraq İran Avropa Parlamentinin üzvləri də daxil olmaqla 12 avropalı şəxs və 8 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Sanksiyalara “İran xalqına qarşı iğtişaşlar, zorakılıq və terror aktları törədən fəaliyyətlər həyata keçirən” avropalı şəxslər və təşkilatlar, bu kontekstdə “Azad İranın Dostları” və Avropa Parlamentindəki üzvləri, “Beynəlxalq Ədalət Axtarış Komitəsi” və onun üzvləri, “İrqçilik və Antisemitizmlə Mübarizə Birliyi” kimi təşkilatlar məruz qalıb.

Çarli Veymer, Yan Zahradil, Helmut Geukinq və Herman Tertş kimi Avropa Parlamentinin deputatları, Almaniyanın “Deutsche Welle Persian” və Fransanın “Radio France Internationale” dövlət media qurumları da sanksiya siyahısına salınıb.

Bəyanatda bildirilir ki, sanksiyalara viza qadağası, İranda əmlak və maliyyə aktivlərinin müsadirəsi, bank hesablarının dondurulması daxildir.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv