!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın aqressiyasının PƏRDƏARXASI: "Molla rejiminin mesajına toplu şəkildə cavab verilməlidir" - ŞƏRH

!Reklam – Yazi

“İran Azərbaycanla yanaşı onun müttəfiqlərini də təhdid etmiş olur. Ona görə də ona toplu şəkildə cavab vermək lazımdır”.

Bunu İranın daxilində gedən proseslər, bu ölkənin İraq və Azərbaycana qarşı təhdidedici davranışlarına toxunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, İranın aqressiyası xarici məsələdən daha çox daxilindəki gərginlikdən qaynaqlanır:

“İranın indiki addımları onun daxilindəki vəziyyət ilə daha sıx bağlıdır, nəinki xariclə əlaqədardır. İranda hazırda restablizasiya var.

İran üçün bir neçə cəbhədən təhlükə var. Bunun biri İraq cəbhəsidir.

Son vaxtlar İranla İraqın münasibətləri pozulub. İraq şiə lideri İran şiə lideri ilə əlaqəni kəsib. Son vaxtlar müəyyən atışmalar da olub. Ona görə də İran İraq istiqamətindən təhlükə görür.

Həm də Azərbaycan məsələsi var. İranın atdığı addımların səbəblərindən biri də Şimali Azərbaycanın Cənubi Azərbaycana müdaxilə etməsinin qarşısının alınmasıdır.

İran belə proqnozlaşdırır ki, daxildəki münaqişələr gələcəkdə milli müstəviyə keçə bilər. Onda Şimali Azərbaycan İrandakı hadisələrə biganə qalmayacaq.

Azərbaycana qarşı verilən istənilən mesaj Azərbaycanın müttəfiqlərinə qarşı verilən mesajdır. Bu baxımdan, İranın indiki hərəkətləri həm Türkiyənin, həm Azərbaycanın, həm də Pakistanın və Orta Asiya türk dövlətlərinin təhdid edilməsi anlamına gəlir. Buna görə də eyni qaydada kollektiv cavab vermək lazımdır”.

Səxavət Məmməd

 

www.yenicag.az

2994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv