!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycan mətbuatı ilə bağlı narahatlığı: "Rəsmi Tehran hansısa tənqidi yazıların yazılmasını istəmirsə..."

!Reklam – Yazi

“Ola bilsin, İranda mətbuat xorla idarə olunur. Kimsə drijor çubuğu ilə mətbuatı sağa-sola yönləndirir. Lakin Azərbaycan mətbuatı müstəqildir. Müstəqil müxalifət və iqtidar mətbuatımız var”.

Bunu İranın Azərbaycan mətbuatında “nalayiq və təhqiramiz hərəkətləri”nin davam etməsindən narahatlığını, bu prosesə son qoyulmasını və təzminat ödənilməsini tələb etməsi haqda verdiyi notaya münasibət bildirən Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın Azərbyacan mediasını ittiham etməsi çox gülüncdür:

“İranda mollabaşların hələ də dünyanın hər yerində mətbuatın müstəqil olduğunu başa düşmədiyi görünür. Ola bilsin, İranda mətbuat xorla idarə olunur. Kimsə drijor çubuğu ilə mətbuatı sağa-sola yönləndirir. Lakin Azərbaycan mətbuatı müstəqildir. Müstəqil müxalifət və iqtidar mətbuatımız var.

Azərbaycan mətbuatında İranın ünvanına hansısa təhqiramiz yazının dərc olunduğunun şahidi olmamışam. Biz İranı yalnız tənqid etmişik. Söhbət sağlam tənqiddən gedirsə, bu çox normal haldır. Azərbaycan hakimiyyətini hədəf almağın yeri yoxdur. Çünki həmin yazılar jurnalistlərin təxəyyülünün məhsuludur. Jurnalist Azərbaycan vətəndaşı olaraq öz mövqeyini ifadə edir.

Azərbaycan mətbuatı Azərbaycan cəmiyyətinin aynasıdır. Yəni İran əleyhinə dərc olunan yazılarda cəmiyyətin rəyi ifadə olunur. Əgər İran Azərbaycan mətbuatında hansısa tənqidi yazıların yazılmasını istəmirsə, siyasətində dəyişiklik etməlidir. Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkməli, ölkəmizlə dostluq münasibətləri qurmalı, ermənipərəst siyasətinə son qoymalıdır. İran günahı Azərbaycan mətbuatında deyil, özündə axtarmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv