!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycana qarşı MÜMKÜN HƏMLƏSİ: “Nə Türkiyə, nə də Rusiya buna...”

!Reklam – Yazi

“İranın endirdiyi raket zərbələri Pakistan kimi nüvə dövlətinin nüfuzuna zərər gətirsə də, gərginlik hələ ki diplomatik müstəvidə davam edir”.

Bu fikirləri İranın İraq və Pakistana raket zərbələri endirməsi və bunun ehtimal olunan nətəcələrini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazovun sözlərinə görə, indiki məqamda iki ölkə arasında böyük müharibənin baş verəcəyi gözlənilmir:

“İranın bəhs etdiyimiz radikal addımları məlum terror aktlarından sonra atıldı. Bəzən hökumət belə addımlar ataraq növbəti gedişlərini planlaşdırır. Görünən odur ki, bu, İranın yox, daxildəki və xaricdəki terror qruplarının işidir. Hər iki ölkəyə raket zərbələrinin endirilməsi də səbəbsiz ola bilməz. İranın aidiyyəti orqanlarının əlində, yəqin ki, hansısa faktlar olub.

Pakistanın özündə də daim terror qruplaşmaları mövcud olub. Dövlətin onlara qarşı ciddi tədbirlər görməsinə baxmayaraq, həmin qruplaşmalar yenə də fəaliyyət göstərirlər. İranın endirdiyi raket zərbələri Pakistan kimi nüvə dövlətinin nüfuzuna zərər gətirsə də, gərginlik hələ ki diplomatik müstəvidə davam edir. Lakin bu mərhələdə İran cilovlanmasa, onun hərəkətlərinin çox ciddi nəticələri ola bilər.

Bəli, İran 20-30 il əvvəlki İran deyil. Onun proksi qüvvələri Liviyada, Suriyada, Yəməndə aktiv fəaliyyətdədir. Həmin qüvvələr İranın istəklərini həyata keçirir.

Baş verənlərin bizim regiona təsirinə gəldikdə isə düşünmürəm ki, İranın Azərbaycana qarşı hər hansı hərbi həmləsi olsun. Son aylarda İranla Azərbaycan arasında istiləşmə müşahidə olunur. İranın Azərbaycana qarşı hər hansı addımı olarsa, bu nə Rusiya, nə də Türkiyə tərəfindən yaxşı qarşılanar.

O da nəzərə alınmalıdır ki, İranın “vuran qolu” Azərbaycan türkləridir. İran Azərbaycana qarşı arzuedilməz addımlar atarsa, daxildə çox ciddi problemlə qarşılaşa bilər. Göründüyü qədər, İran onu daxildən çalxalamaq istəyən qüvvələrə qarşı radikal addımlar atır. İran bununla özünü həm xaricdən qoruyur, həm də daxildəki qüvvələri qorxutmağa çalışır”.

Səxavət Məmməd

www.yenicag.az

2065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv