!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycana qarşı təxribat taktikası: “Ləyaqətsiz qonşudan gələn təhdidlərin qarşısını almaq üçün...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan cənub istiqamətdə, ən əsas isə işğaldan azad olunan ərazilərdə imkan və potensialını istifadə etməlidir”.

Bunu son dövrlər İranın gərginləşməsi fonunda Azərbaycanın hansı addımları atmalı olduğu haqda fikirlərini söyləyən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranın Azərbaycana birbaşa hərbi müdaxilə edəcəyi real görünmür:

“İran ordusunun hazırkı potensialı hər kəsə məlumdur. İran 44 günlük müharibədən qələbə ilə çıxan Azərbaycana qarşı təxribatlara kifayət qədər geniş yer verməkdədir. İranın gələcəkdə də Azərbaycana qarşı təxribatlardan əl çəkməyəcəyi, buna davam edəcəyi gözləniləndir.

Azərbaycan ləyaqətsiz qonşudan gələ biləcək təhdidlərin aradan qaldırılması üçün cənub istiqamətdə, ən əsas isə işğaldan azad olunan ərazilərdə imkan və potensialını istifadə etməlidir. Xüsusilə hava hücumunu müdafiə etmək üçün vasitələrin konsentrasiyasını daha da artırmaq lazımdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv