!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycanda agentura şəbəkəsi: "Siyasi təşkilatlar və QHT-lər arasında da..." - ŞƏRH

!Reklam – Yazi

“Siyasi təşkilatlar və QHT-lər arasında da İrana işləyənlər var”.

Bu sözləri Dövlət Təhlükəsizlik Xidmətinin İranın Azərbaycanda agentura şəbəkəsini aşkarlaması və siyasi camiyədə də cənub qonşumuzun təsiri altında olan şəxslərin olması ehtimalını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycanda İranla Bakını su yoluna döndərən siyasətçilər var, onları ifşa etmək lazımdır:

“İranın Azərbaycana qarşı düşmən münasibəti bəllidir. Bəzilərindən fərqli olaraq bunu zaman-zaman dilə gətirmişik. İranın Azərbaycan üçün təhlükə törətdiyini, İranın Azərbaycanda agentura şəbəkəsinin mövcudluğunu, bu şəbəkənin müxtəlif çətirlər altında gizləndiyini dəfələrlə demişik. Açıq-aşkar deyirəm ki, siyasi təşkilatlardan, Qeyri Hökumət Təşkilatlarından (QHT) İrana gedənlər var. Bunların nə marağı var ki, İrana gedib gəlirlər.

Təhlükəsizlik orqanlarımız dəfələrlə İran agentlərini ifşa edib. Gözləyirdik ki, müvafiq dövlət qurumları addımlar atacaq. Bilirdim ki, müəyyən işlər gedir. İran məsələsində heç vaxt rahat dura bilməzdilər. İranın silahlı dəstə yaratması üzə çıxdı. Bundan sonra bir çoxlarının da iç üzü ortaya çıxacaq. Bu məsələdə qətiyyən güzəştə getmək olmaz. Efirdə bəzi partiya sədrləri İrana sevgidən danışırlar. Bu adamların hamısını ifşa etmək lazımdır. Şəxsən bir neçəsini debata çağırıb ifşa etmək istəyirəm. Bu adamları xalq da görməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv