!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın Azərbaycandakı şəbəkəsinin kökünü birdəfəlik kəsmək üçün...” – MÖVQE

!Reklam – Yazi

“Onların maliyyə kanalları bağlandıqdan sonra ideoloji təxribatlar üçün imkanları olmayacaq”.

Bu fikirləri Azərbaycanın hüquq-mühafizə orqanlarının İranın ölkədəki şəbəkəsinə qarşı başlatdıqları əməliyyatı dəyərləndirən ilahiyyatçı Hacı Nizami Rza Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu şəbəkənin kökünün birdəfəlik kəsilməsi üçün “birinci vasitəçilər” zərərsizləşdirilməlidir:

“İranın Azərbaycanın demək olar, bütün sahələrini əhatə edən şəbəkəsinin çökdürülməsi üçün başladılan əməliyyat təqdir olunur. Bu istiqamətdə əvvəllər də bir neçə dəfə əməliyyat keçirilib, amma yayılan məlumatlara əsasən, indi görülən tədbirlərin miqyası xeyli genişdir.

Hesab edirəm ki, İranın Azərbaycandakı casus şəbəkəsinin birdəfəlik sıradan çıxarılması üçün “birinci vasitəçilər” deyilən şəxslərin zərərsizləşdirilməsi lazımdır. Çünki İran tərəfi müxtəlif xeyriyyə fondları adı altında məhz həmin şəxsləri “koordinator” seçirlər və onların əli ilə təşkilatlanırlar. Ona görə də əsas diqqət ilk növbədə həmin fiqurlara yönəlməlidir.

Yox, əgər o koordinatorlar sərbəst saxlanılıb, ikinci-üçüncü dərəcəli şəxslər zərərsizləşdiriləcəksə, bu işlərin ciddi nəticəsi olmayacaq. Nəzərə almaq lazımdır ki, şəbəkə üçün göndərilən vəsaitlər də koordinatorların sərəncamında olur. Bu isə o deməkdir ki, onların nəzarətə götürülməsi şəbəkənin maliyyə dövriyyəsini məhv edəcək. Kim nə deyir-desin, onların fəaliyyətində əsas amil maliyyədir. Şəbəkənin maliyyə kanalları bağlandıqdan sonra ideoloji təxribatlar üçün imkanı olmayacaq. Bunun üçünsə dediyim kimi, ilk növbədə vasitəçilər sıradan çıxarılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv