!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycanı təxribata çəkmə cəhdi: Ekspertdən Tehrana Şuşa və Bakı bəyannamələri xatırlatması

!Reklam – Yazi

“İran bir daha belə addım atsa, ona hər iki müttəfiqimiz tərəfindən ciddi cavab veriləcək”.

Bu sözləri İran hərbi təyyarəsinin Azərbaycan sərhədi boyunca uçuş həyata keçirməsinin səbəbləri və məntiqi nəticəsi haqda danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, İran növbəti dəfə eyni səhvə yol versə, Azərbaycanın müttəfiqləri məsələyə müdaxilə edə bilər:

“Azərbaycanın da, Türkiyənin də çox güvəndiyi Zəngəzur dəhlizi məsələsini İranın təzyiqi vasitəsilə gündəmdən çıxara bilirlər. Rusiyanın hökumətə bağlı bloqerləri artıq deyirlər ki, Zəngəzur dəhlizi lazım deyil, o yol ancaq Azərbaycan və Türkiyəyə sərf edir. İranın da, Fransanın da, Misirin də Ermənistana olan isti münasibəti heç də kökdən, qardaşlıqdan irəli gəlmir. İqtisadi maraqlardan irəli gəlir. Sözügedən dövlətlər bu işə Hindistanı qoşurlar. ABŞ Çini Rusiya ilə iqtisadi münasibətlərdən çəkindirə bilib. Ona görə də, Rusiya üzünü Hindistana döndərib. Hindistan həm əhali sayına, həm də iqtisadiyyatın artım tempinə görə hətta Çini üstələyir. Ekspertlər iddia edirlər ki, Çin Hindistanı keçəcək. Bu o deməkdir ki, Hindistan iqtisadiyyatını düzgün şəkildə qurub. Azərbaycanın müttəfiqi Pakistan isə iqtisadiyyatını düzgün qura bilməyib, çünki yarandığı gündən daha çox hərb sahəsinə diqqət ayırıb. Ermənistan XİN rəhbəri Mirzoyanla rusiyalı həmkarı Lavrov Hindistanda görüşdülər. Mirzoyan orada bildirdi ki, ikinci bir dəhlizin açılmasında maraqlıyıq və sizi də buna dəstək verməyə çağırırıq.

Hindistan Qərbin imtina etdiyi Rusiya yanacağını alır, onu baha qiymətə satır. Biri var, türk qurşağından keçəcək dəhliz, bu, Zəngəzurdan keçməli idi. Təklif olunan dəhliz isə Hindistanın Mumbay şəhərindən başlayır, İrana gəlir, oradan Ermənistana keçir, Ermənistandan Gürcüstana, oradan isə Avropaya. Həm Azərbaycan, həm Türkiyə, həm də Orta Asiya türk respublikalarından yan keçməklə alternativ variantdır. İran şantaj, təhdid, terror yox, iqtisadi cəlbetmə yolu ilə Rusiyanı öz yanına çəkmək istəyir. Alternativ variantların olması da Ermənistana güc verir.

Qırmızı xətti keçməməklə İranla Ermənistan arasında əlaqələr yüksək sürətlə davam edir. Davamlı olaraq təxribatlara yol verilir ki, Azərbaycanın başı sərhədə, hətta deyərdim, daxilə qarışsın və Zəngəzur yolu tamamilə unudulsun.

1998-ci ildə BP-nin Lənkəran istiqamətində kəşfiyyat gəmisinə İran tərəfi atəş açmışdı. Bir nəfər yaralanmışdı. Hətta İranın hərbi təyyarələri az qala Bakıya qədər gəlirdi, gəmiləri sərhədlərimizi pozurdu. Türkiyənin mövqeyi, türk şahinlərinin uçuşundan sonra İranın bu cür addımlarına son qoyuldu. İndi isə əlimizdə məlum Şuşa müqaviləsi var, Pakistanla Bakı bəyənnaməsi var. İmran Xanın da hakimiyyətdən getməsi, Pakistandakı siyasi çaxnaşmalar İranı ürəkləndirir. Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ və hazırda seçki ərəfəsində olması da İranı iştahalandırır. Ancaq bunu anlamaq lazımdır ki, Pakistanda və Türkiyədə hakimiyyətdə kimin olmasından aslı olmayaraq, o dövlətlərin Azərbaycana münasibəti dəyişməyəcək. Hesab edirəm ki, İrana öz yeri bildiriləcək. İran bir daha belə addım atsa, ona hər iki müttəfiqimiz tərəfindən ciddi cavab veriləcək. Bütün bunların arxasında Ermənistana sevgi dayanmır, ən əsası, İranın özünün iqtisadi maraqları durur”.

Səxavət Məmməd

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv