!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın birinci xanımından SƏRSƏM ETİRAF: “Cəmi altı sinif oxumuş bir qadının deyəcəyi...” – REAKSİYA

!Reklam – Yazi

“Farsların fəxr etdiyi “Şahnamə” əsəri də Böyük Səlcuqlu sultanının sifarişi ilə yazılıb”.

Bu fikirləri İran prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Aləmolhodanın Venesuela telekanalına müsahibəsində türkləri və bəzi başqa xalqları “İranın düşməni” adlandırmasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasnda deyib.

Onun sözlərinə görə, orta məktəb təhsili belə tam olmayan bir qadından bundan artığını gözləməyə dəyməz:

“Əslində, Aləmolhodanın bu danışığı İranda türk düşmənçiliyinin nə səviyyədə olduğunu göstərən bir davranışdır. Digər tərəfdən, cəmi altı sinif oxumuş bir qadının deyəcəkləri bundan artıq olmayacaq ki… O qadın türkləri, ərəbləri, moğolları İranın düşmənləri adlandırıb. Ancaq unudur ki, son min yüz ildə bu ərazilərə hakim məhz türklər olublar.

Türk hakimiyyəti dönəmində farslara öz milli mədəniyyətlərini, ədəbiyyatlarını qoruyub saxlamağa, inkişaf etdirməyə hər cür şərait yaradılıb. Farsların fəxr etdiyi “Şahnamə” əsəri də Böyük Səlcuqlu sultanının sifarişi ilə yazılıb.

Eyni zamanda, ərəblər də farsları yox etmək üçün xüsusi fəaliyyət göstərməyiblər. Öz mədəniyyətlərinə də baxsınlar, ərəblərin mədəniyyətinə də və hansının üstün olduğunu görsünlər. İranda farsların türklərə, digər xalqlara nifrəti o qədər dərindir ki, prezidentin xanımı bu barədə açıq danışır.

Bütün bunlar həm də farsların türklərdən çəkinməsinin bir təzahürüdür. Onlara münasibətdə nə qədər səmimi, mehriban davranılsa da, xislətlərini dəyişən deyillər. Ona görə də qoy bu qorxu və narahatlıqla yaşasınlar”.

A.Zeynalov

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv