!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın burada üzdə görünənlərdən başqa, “dondurulmuş” casus şəbəkəsinin olduğunu...” – MÖVQE

!Reklam – Yazi

“Siyasətdə İranla müəyyən əlaqələrə malik şəxslərin olması istisna deyil”.

Bu fikirləri ölkə siyasətində İranın maraqlarını rəhbər tutan şəxs və qurumlara qarşı əməliyyat tədbirlərinin keçirilməsi zərurətini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, görülən tədbirlər İranın Azərbaycandakı təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək:

“Hesab etmirəm ki, Azərbaycanda İranla bağlılığı olan siyasətçilərin sayı çoxdur. Bununla belə, siyasətdə İranla müəyyən əlaqələrə malik şəxslərin olması istisna deyil.

Lakin dini sferadan fərqli olaraq, onların siyasətə təsir göstərmək imkanları yoxdur. Ona görə də siyasi camedə bununla bağlı əməliyyatların keçirilməsinə ehtiyac görmürəm. Ancaq fikrimcə, bu kimi ciddi məsələləri tam diqqətdə saxlamaq lazımdır.

Keçirilən əməliyyatlar haqqında bunu deyim ki, görülən tədbirlər nəticəsində o şəbəkənin tam şəkildə sıradan çıxarılması çətin görünsə də, bu addımlar İranın Azərbaycandakı təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək.

Bildiyiniz kimi, İran Azərbaycandakı casus şəbəkəsini uzun illər ərzində formalaşdırıb. O baxımdan həmin şəbəkəyə cəlb olunan insanların hamısını bir dəfəyə aşkara çıxarmaq asan deyil. Hətta İranın burada üzdə görünənlərdən başqa, “dondurulmuş” casus şəbəkəsinin olduğunu, onun da istənilən an “canlandırıla” biləcəyi ehtimalını nəzərə almalıyıq”.

A.Zeynalov

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv