!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın çıxar savaşı Ermənistanın başında çatlayacaq: "İrəvan proseslərin nə yerdə olduğunu dərk edərsə..."

!Reklam – Yazi

“Hazırda Ermənistan tarixi qərar verməlidir. Çünki zaman ötdükcə İrəvan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələrindən kənarda qaldığı kimi, bütün qlobal layihələrdən də qıraq qala bilər”.

Bu fikirləri İranın Zəngəzur dəhlizi məsələsinə münasibəti fonunda yaxın perspektivdə müşahidə olunacaq proseslərdən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, İran təhlükəsizliyinə təhdid kimi gördüyü Zəngəzur dəhlizi haqqında fikirlər geniş yayıldıqca məhz öz ərazisindən nəqliyyat və kommunikasiya xətlərinin keçməsində maraqlı olduğunu səsləndirir:

“Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edən İran öz maraqlarını təmin etməyə çalışır. Lakin Ermənistan nə qədər İrana güvənsə də, Tehran çox asanlıqla İrəvanı qlobal nəqliyyat axınından kənarda saxlaya bilər. Belə olduğu halda, hər zamankı kimi qazanmayan və qıraqda qalan tərəf Ermənistan olacaq. Ermənistanın geosiyasi dalan olma ehtimalı artır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə səsləndirib ki, Ermənistan nə qədər regional layihələrdə işitrak etməkdən boyun qaçırsa, yalnız özünə ziyan verəcək. Hazırda Ermənistan tarixi qərar verməlidir. Çünki zaman ötdükcə İrəvan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələrindən kənarda qaldığı kimi, bütün qlobal layihələrdən də qıraq qala bilər. İrəvan proseslərin nə yerdə olduğunu dərk edərsə, gələcəkdə Ermənistan-İran ziddiyətlərini müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv