!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın daxilində fars-molla rejiminə nifrət edən kəsimin özü də yekcins deyil” - MÖVQE

!Reklam – Yazi

“Güneydəki proseslərin nəticəsi bizimlə oradakı soydaşlarımızın birgə fəaliyyətindən asılı olacaq”.

Bu fikirləri Güney Azərbaycanda yenidən vüsət alan milli hərəkatın perspektivini dəyərləndirən Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Güneydəki əsas təşkilatların bir araya gəlmək qərarı alqışlanmalıdır:

“Bu məsələdə bizim hədəflərimiz bəllidir və Güney azərbaycanlıların da bir araya gəlmələrinin zəruriliyi bir aksiomdur. Real baxsaq, Azərbaycan dövlətinin başqa bir ölkənin daxili proseslərinə müdaxilə etməsi doğru olmazdı.

O baxımdan, burada bütün məslələr oradakı soydaşlarımızdan asılıdır. Yəni onlar Quzey Azərbaycanla birləşmək məqsədini açıq şəkildə ortaya qoysalar, bu məsələ gündəmdə yerini tutacaq. Hər halda, Güneydəki əsas təşkilatların bu istiqamətdə birləşmələri alqışlanmalıdır.

Lakin Güneydəki proseslərin hansı məcraya yönələcəyini indidən söyləmək çətindir. Çünki İranın daxilində fars-molla rejimə nifrət edən kəsimin özü də yekcins deyil.

O kəsimə Güneydəki soydaşlarımızdan başqa, şahpərəstlər, digər ideologiyanın daşıyıcıları da daxildir. Fikrimcə, Güneydəki proseslərin nəticəsi bizimlə oradakı soydaşlarımızın birgə fəaliyyətindən asılı olacaq”.

A.Zeynalov

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv