!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın əndazəni aşan siyasəti: "Güney Azərbaycandakı milli azadlıq hərəkatına dəstək verilməlidir"

!Reklam – Yazi

“Azərbaycan bütün imkanları və potensialından istifadə edərək İranın zəifləməsi üçün əlindən gələn hər şeyi etməlidir”.

Bu sözləri son günlər İranla Azərbaycan arasında pik həddə çatan gərginlik haqqında danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, İrana qarşı yumuşaq davranıb, onların Azərbaycana qarşı fikrinin dəyişəcəyini gözləmək sadəlövlükdür:

“İranın institutlaşmış bir siyasəti var. Azərbaycan dövlətini qısqanırlar. Azərbaycan dövlətinin zəif olmasında maraqlıdırlar. İmkanları olsa, Azərbaycanı yox edərlər. Nə qədər İran imperiyası çökməyib və Güney Azərbaycan müstəqilliyinə nail olmayıb, gərginlik zaman-zaman artıb-azalacaq. Çünki İranın siyasəti dəyişməyəcək.

Hesab edirəm ki, Azərbaycan bütün imkanları və potensialından istifadə edərək İranın zəifləməsi üçün əlindən gələn hər şeyi etməlidir. ABŞ və İsraillə normal şəkildə münasibətlər qurulmalıdır. Güney Azərbaycandakı milli azadlıq hərəkatına dəstək verilməlidir. Azərbaycanda İrana bağlı olan bütün qüvvələr zərərsizləşdirilməlidir. Ox yaydan çıxıb, nə etməyimizdən aslı olmayaraq, İran mövqeyini dəyişməyəcək.

Ermənistan sərhədlərini özünün qırmızı xətti kimi görən İran Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir dəfə səsini çıxarıb?! 2016-cı ildə Xudafərin su anbarı tikilən zaman təklif etmişdim ki, İran bəyanat versin, Xudafərin yaxınlığından Ermənistan Silahlı Qüvvələri çəkilsin. O bəyanatı vermədilər.

Azərbaycan adekvat addımlar atmaqdan çəkinməməli, sərt üzünü göstərməlidir. İranın sonudur. İmperiyaların çöküşü anlarında onun qarşısından çəkilmək olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv