!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın hava təxribatı fonunda ABŞ generalının BAKIYA SƏFƏRİ: “Mümkün təhlükəyə qarşı...” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində genişləndirdiyi əməkdaşlıq Qərbin qarşısında Bakını tək qoymamaq zərurətini doğurur”.

Bu fikirləri indiki dönəmdə ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın Bakıya səfərinin mümkün məqsədini şərh edən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, ABŞ generalının mövcud şəraitdə Bakıya səfəri Azərbaycana dəstək nümayişi məqsədi daşıyır:

“Amerikalı generalın Bakıya səfərindən öncə Azərbaycana ünvanlanan iki bəyanata diqqəti yönəltmək istərdim. NATO-nun keçmiş baş katibi Rasmussen İrəvana səfəri zamanı Azərbaycana yönəlik ittihamedici bəyanat səsləndirdi və Paşinyanın Almaniyaya səfəri fonunda bu ölkənin kansleri Şolts “öz müqəddəratını təyinetmə hüququ” barəsində danışdı. Doğrudur, çox qısa müddətdən sonra Şoltsun bu fikirləri resurslardan silindi. Ona izah olundu ki, Azərbaycanla münasibətləri gərginləşdirmək olmaz.

Eyni zamanda, İran hərbi təyyarələrinin Azərbaycanın hava məkanını pozması fonunda ikitərəfli münasibətlərin getdikcə gərginləşməsi şəraitində Voqanın Bakıya gəlişi ölkəmizə dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər. Ona görə də bu məsələlərə kompleks şəklində baxmaq lazımdır ki, ABŞ və Avropa, ümumilikdə, Qərb Azərbaycanı Cənubi Qafqazda özünə yaxın tərəfdaş kimi qəbul edir.

Bu da səbəbsiz deyil. Bilirsiniz ki, hazırda Gürcüstanın siyasi oriyentasiyası qeyri-müəyyən olmaqla yanaşı, Ermənistan da Rusiya ilə bağlıdır. Belə bir vəziyyətdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində genişləndirdiyi əməkdaşlıq Qərbin qarşısında Bakını tək qoymamaq zərurətini doğurur. Doğrudur, Azərbaycanın Türkiyə kimi müttəfiqi var, Pakistan və İsrail bizə hərbi-siyasi dəstək verir, ancaq indiki dönəmdə Avropadan yüksək ranqlı hərbçinin Bakıya səfəri sadə məsələ deyil. Fikrimcə, bu səfər bizi gözləyən mümkün təhlükəyə yönəlik profilaktik xarakter daşıyır.

Xatırlayırsınızsa, rusiyalı deputatlardan birinin “Bakıya atom bombası atmaq lazımdır” çağırışından sonra Böyük Britaniyanın müdafiə naziri Azərbaycana səfərə gəldi, görüşlər keçirdi və Şəhidlər Xiyabanını ziyarət edərək bu qətliamın Rusiya tərəfindən törədildiyini xüsusi vurğuladı. Hesab edirəm ki, ABŞ generalının mövcud şəraitdə Bakıya səfəri Azərbaycana dəstək nümayişi məqsədi daşıyır”.

A.Zeynalov

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv