!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın həbs etdiyi azərbaycanlı qadının aqibəti necə oldu?

!Reklam – Yazi

İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova xəstəxanadan Tehrandakı Evin həbsxanasının qadın şöbəsinə köçürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə İrandan kənarda fəaliyyət göstərən müxalifət nümayəndələri məlumat yayıb.

Onların sözlərinə görə, V. Yusifovanın fiziki vəziyyəti hazırda yaxşılaşır və ona növbəti həftədə Azərbaycana göndəriləcəyinə söz verilib.

31 yaşlı V. Yusifova Türkiyədən qayıdarkən həbs edilib. O, əvvəlcə şəxsiyyətini təsdiq edən sənədlərin düzgün olmamasında, daha sonra narkotik saxlamaq və casusluqda ittiham olunub.

V. Yusifovanın həbsi anası sayəsində məlum olub. Anası ilə sonuncu telefon danışığı zamanı “həbsxana nəzarətçiləri və müstəntiqlərin ona zorla psixotrop dərmanlar vurmasından şikayətlənib. Qız anasından məruz qaldığı işgəncə və təhqirləri ictimailəşdirməsini xahiş edib”.

Anasının iddiasına görə, Validə psixoloji problemlər yaşayıb. Buna görə də psixiatriya xəstəxanasına yerləşdirilib.

İyun ayında V. Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qarşısına çıxarılıb. Hakim Azərbaycan vətəndaşına narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı üzrə bəraət verib, lakin casusluq ittihamını qüvvədə saxlayıb.

Yeri gəlmişkən, Validə Yusifovadan başqa, İrana səfərdən sonra itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli də Evin həbsxanasında saxlanılır. Eyni müxalif mənbələrin iddiasına görə, o, həbsxanada başqa adla qeydiyyata alınıb. F. Səfərli 209-cu kamerada cəza çəkir.

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv