!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın İKİÜZLÜLÜYÜ: "Tehran hər zaman Qarabağın işğalda olmasının tərəfdarı olub" - POLİTOLOQ

!Reklam – Yazi

“İran hər zaman Qarabağın işğalda olmasının tərəfdarı olub”.

Bu sözləri İranda qondarma “DQR“-yə dəstək və Laçın dəhlizinin “bağlanmasını” pisləyən imzatoplama kampaniyasının başlanılmasını şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, İranda bu tip hallar ənənəvi hal alıb:

“Hələ müharibə dönəmində İranın ali dini rəhbərinin Qarabağda yaşayan erməni əhalisi və “Dağlıq Qarabağ” ifadəsi işlədərək bir növ həm ayrıca subyekt kimi qeyd etmişdi, həm də onları dəstəkləyən bir açıqlaması olmuşdu. Sonradan İran rəsmi dairələri çalışdılar ki, ali dini rəhbərin bu açıqlamasını müstəqillik, yaxud ayrıca qurum kimi qiymətləndirməsinlər. Bütövlükdə belə məlum olmuşdu ki, İran sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə Qarabağda yaşayan erməni əhalisini və separatizmi dəstəkləyən açıqlamalar verir.

İran regionda oyunçulardan biridir. İran hər zaman Qarabağın işğalda olmasının tərəfdarı olub. Qarabağın işğaldan azad edilməsi İranı narahat etməyə başlamışdı. Narahatlıq həm daxildə olan azərbaycanlı faktoru, həmçinin regonda Türkiyə ilə Azərbaycanın güclənməsi ilə bağlı idi.

İranda yaşayan ermənilərin, erməni lobbisinin əlində kifayət qədər media, KİV var. Onlar bu işi aparan faktorlardır. Bir neçə ay əvvəl Tehranda ermənilərə dəstək aksiyaları da keçirildi. Hətta yanvar ayının 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum oldu, həmin küçə ilə paralel küçədə isə erməniləri dəstəkləyəcək aksiya keçirilirdi. Bu, İranın ilk addımı deyil. İran daxilindəki ayrı-ayrı dairələr, deputatlar Azərbaycan əleyhinə çıxışlar edirlər. Erməni kartından ən çox istifadə edən də məhz İran hakimiyyətidir”.

Səxavət Məmməd

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv