!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın mövcudluğunu sual altına salacaq FAKTOR: Fars-molla rejimi nə üçün susur?

!Reklam – Yazi

“Əgər İran Azərbaycana qarşı təxribat, yaxud hər hansı bir addım atmağı düşünürsə, 40 milyon soydaşımızın Cənubi Azərbaycanda yaşadığını unutmamalıdır. Çünki belə olacağı təqdirdə, İranın mövcudluğu sual altına düşə bilər”.

Bu fikirləri son dövrlərdə Azərbaycana qarşı əsassız aqressiyasını gizləyən İranın molla rejiminin  mümkün məqsədləri haqqında danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq İran bütün dövrlərdə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, müxtəlif dövrlərdə təxribatlara da əl atıb:

“Son dövrlər İran daha da azğınlaşaraq hətta Azərbaycanla müharibə edəcək vəziyyətə qədər gəlib çatmışdı. Azərbaycanın İrandakı səfirliyində terror hadisəsinin törədilməsi, Milli Məclisin depuatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi və sair. Sayılacaq hadisələr iki ölkə arasındakı gərgin münasibətləri pik həddə çatdırmışdı. İran Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza olmazın zülmünü verdi. Bu halları nəzərə alaraq Azərbaycan öz gücünü göstərməyə məcbur qaldı.

Azərbaycan hər zaman sülhməramlı mövqeyini qoruyub saxlayıb. Heç bir qonşu dövlətə qarşı qərəzli mövqeyi olmayıb. Lakin İran Azərbaycanın xoş münasibətindən istifadə etdi. Qarşılığında isə Azərbaycanın gücünü gördü. Azərbaycanın əvvəlki kimi olmadığını, torpaqlarını işğaldan azad edən güclü dövlət olduğunu və gündən-günə gücləndiyini dərk edir. Güclü müttəfiqi, ordusu, xalq-dövlət birliyi olan Azərbaycanı heç bir ölkə yıxa bilməz. Əgər İran Azərbaycana qarşı təxribat, yaxud hər hansı bir addım atmağı düşünürsə, 40 milyon soydaşımızın Cənubi Azərbaycanda yaşadığnı unutmamalıdır. Çünki belə olacağı təqdirdə, İranın mövcudluğu sual altına düşə bilər. İran bu amilləri nəzərə alıb özünə düzəliş etməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv