!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın müəmmalı SƏSSİZLİYİ: Rəsmi Tehranı "qış yuxusu"na yatırdan nədir? - ŞƏRH

!Reklam – Yazi

“İranda daxili etirazlar güclənən zamanlarda Azərbaycanla münasibətlər daha da gərginləşdi. Səbəb isə daxili auditoriyanı sakitləşdirmək və xalqı birləşdirmək üçün kənar düşmən obrazının yaradılması idi”.

Bu fikirləri rəsmi Tehran cəbhəsində son dövrlər müşahidə olunan səssizlik haqqında danışan siyasi şərhçi Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Y.Hacıyevanın sözlərinə görə, İran Azərbaycanı hədə fəaliyyətləri ilə geri addım atmağa məcbur edə bilməyəcəyini anlayıb:

“Ümumiyyətlə, hər bir sahədə İranın Azərbaycana münasibəti əvvəlki kimidir. 44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycana qarşı İranın düşmən mövqeyi daha da sərtləşdi. Hədə dolu bəyanatlar, Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejimə terror qruplaşmaları dəstəyi, Azərbaycanla sərhəddə hərbi təlim və sair halları hər birimiz müşahidə etdik. Lakin haqq uğrunda mübarizə edən Azərbaycanı bu kimi fəaliyyətlərlə geri addım atmağa məcbur edə bilməyəcəklərini anladılar.

Əlavə olaraq, İranın Azərbaycanla münasibətləri gərginləşdirdiyi zamanların xronologiyasına baxmaq lazımdır. Bəli, məhz İranda daxili etirazlar güclənən zaman Azərbaycanla münasibətlər daha da gərginləşdi. Səbəb isə daxili auditoriyanı sakitləşdirmək və xalqı birləşdirmək üçün kənar düşmən obrazının yaradılması idi. İranda yaşayan erməni əhali İranın bu siyasətini dəstəklədi, alqışladı.

Azərbaycan isə İrana anladığı dildə cavab verdi. Müharibədən qalib çıxan Azərbaycana qarşı sərt mövqe nümayiş etdirən İran daha sonra ağlar vəziyyətə gəldi. Ayətullahların, hərbi simaların, rəsmi şəxslərin daha ölkəmizə hədə dolu bəyanatlar yağdıra bilməməsinin səbəbi məhz Azərbaycanın uğurlu siyasətinin nailiyyətidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv