!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın özünü saldığı MÜNAQİŞƏ BATAQLIĞI: “İkinci belə bir hərəkət məhdud miqyaslı eskalasiyaya...”

!Reklam – Yazi

 

“İki ölkə arasında müzakirələr xarici işlər nazirləri səviyyəsində davam etdirilir”.

Bu fikirləri son günlər İran və Pakistan arasında artan gərginliyin mümkün inkişafı haqda danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında gərginliyin yaranmasının səbəbi İranın Pakistan ərazisinə raket zərbələri endirməsi oldu:

“Yəni indiki gərginliyin alovlanmasında İranın rolu böyükdür. Adətən, bu tip əməliyyat planlananda, ən azı kəşfiyyat orqanlarının rəhbərləri səviyyəsində müzakirə aparılır, qarşı tərəfə məlumat verilir və daha sonra hərəkətə keçirilir.

İran isə heç bir xəbərdarlıq etmədən Pakistana zərbə endirdi. Rəsmi İslamabad isə Tehranla diplomatik münasibətləri dondurdu və İrana cavab zərbələri endirildi. İki ölkə arasında müzakirələr xarici işlər nazirləri səviyyəsində davam etdirilir. Bu vəziyyətdə genişmiqyaslı müharibədən söhbət gedə bilməz. Çünki diplomatik kanallar hələ də aktivdir.

Ancaq İranın ikinci belə hərəkəti məhdud miqyaslı eskalasiyaya səbəb ola bilər. Bu isə İranın indiki vəziyyətində onun maraqlarına uyğun deyil. İranın İsrail, ABŞ və Pakistana qarşı paralel döyüş imkanları yetərli səviyyədə deyil. O baxımdan, hazırda iki ölkə arasında genişmiqyaslı müharibənin başlayacağını ehtimal etmək çətindir. Lakin hər şey İranın davranışlarından asılıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv