İranın Prezident Aparatının rəhbəri Azərbaycana gəldi

İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana səfərə gəlib.

İranın Azərbaycandakı səfirliyindən Yenicag.az-a verilən məlumata görə, səfər zamanı M.Vaezinin Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulur.

Səfər bu gün başa çatacaq.