!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın qapı arasında ilişib qalan QUYRUĞU: "Strategiyanın təməlində türk xalqlarının inkişafını əngəlləmək dayanır" - POLİTOLOQ

!Reklam – Yazi

“İranın son davranışları qəzəbdən doğan davranışlardır”.

Bu fikirləri İran hakimiyyətinin ali dini-siyasi rəhbərliyi tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hədyanların səbəblərinə toxunan politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Elçin Mirzəbəyli İranın bölgədə baş verən proseslərin qarşısını almağa çalışdığını vurğulayıb:

“Mənzərə tamamilə aydındır. İranın bütün cəhdləri regionda baş verən proseslərin qarşısını almaqdan ibarətdir. Bu, bir daha sübuta yetirir ki, İran Azərbaycan torpaqlarının uzun illər boyu işğal altında qalmasında maraqlı olub. Əsas məqsəd də ondan ibarət olub ki, Azərbaycanla İran, Azərbaycanla Türkiyə sərhədlərində ermənilər bufer bölgə rolunu oynasın. Bu onu göstərir ki, İran ermənilərlə daha çox ortaq dəyərlərə sahibdir, nəinki azərbaycanlılar və bütövlükdə türklərlə. İranın son davranışları qəzəbdən doğan davranışlardır”.

Politoloq aradan keçən illər ərzində iranın strategiyasının dəyişmədiyini qeyd edib:

“Prosesin tam mahiyyətinə diqqət yetirsək, Azərbaycan torpaqlarının işğal altına alınmasına başlandığı ilk gündən İran Erməənistanın yanında olub. Ermənistanın keçmiş prezidentləri Köçəryan, Petrosyan İranın həyat yolu olduğunu bildirirdilər. Bu fikri dünən Nikol Paşinyan da ifadə etdi. Bir-birilərilə ixtilafda olmalarına baxmayaraq, bu şəxslər İrana münasibətdə eyni mövqedən çıxış edirlər. Bu o deməkdir ki, İranın strategiyası dəyişməyib və bunun təməlində bölgədə sülhün, sabitliyin təminatçısı olan türk xalqlarının inkişafını əngəlləmək dayanır. Strategiya budur və bunun quyruğu açıq-aşkar görünür”.

Aqil Bəkir

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv