!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın səngiməyən TƏHDİD DİLİ: "Azərbaycan qonşuluğundakı dövlətin terroru dəstəkləməsinə baxmayaraq..."

!Reklam – Yazi

“İran daxilində baş verən proseslərdə Azərbaycanın maraqlı olduğunu təqdim etməyə çalışsalar da, rəsmi Bakı bu kimi iddiaları təkzib etməlidir”.

Bu fikirləri İranın daxilində baş verən proseslərdə Azərbaycanın maraqlı olması və iştirak etməsi ilə bağlı iddialara münasibət bildirən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İran Azərbaycanla diplomatik normaları pozaraq beynəlxalq hüququn prinsiplərinə zidd olan təhdid dilində danışığa keçib:

“İki ölkə arasında diplomatik əlaqələr tam dayanmayıb. Lakin İrandakı qüvvələrin Azərbaycanla diplomatik əlaqələrin tam kəsilməsində maraqlı olduğu görünür. Azərbaycanın Təbriz şəhərindəki konsulluğu qarşısında keçirilən etiraz aksiyası bunu deməyə əsas verir.

Diplomatik əlaqələrin tamamən aradan qaldırılması iki ölkə arasında yaranmış gərgin vəziyyəti pik həddə çatdıra bilər. Hələ ki diplomatik əlaqələr qalmaqdadır, İranın Azərbaycana son notası da bundan xəbər verir.

Əsas məsələ artıq diplomatik kanalların heç bir işə yaramamasıdır. İran Azərbaycanla diplomatik normaları pozaraq beynəlxalq hüququn prinsiplərinə zidd olan təhdid dilində danışığa keçib. Bu isə artıq iki ölkə arasında yaranan gərginliyin digər müstəvidə həllini gündəmə gətirə bilər. Azərbaycan qonşuluğundakı dövlətin terroru dəstəkləməsinə baxmayaraq, yaranan gərginliyin diplomatik kanallarla həllinə nail olmalıdır.

İranın əlinə daxilində yaranmış etirazları yatırtmaq üçün yeni bəhanə vermək olmaz. Azərbaycan, ilk növbədə, İranı ölkəmizə qarşı etdiyi səhvləri düzəltməyə sövq etməlidir. İran daxilində baş verən proseslərdə Azərbaycanın maraqlı olduğunu təqdim etməyə çalışsalar da, rəsmi Bakı bu kimi iddiaları təkzib etməlidir. XİN rəhbərinin də bildirdiyi kimi, Azərbaycan öz ərazisindən hansısa üçüncü dövlətə qarşı istifadəyə yol vermir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv