!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın səssizliyi necə YOZULMALIDIR? - “Tehran ilk fürsətdəcə bu addımı ata bilər”

!Reklam – Yazi

“İndi sərgilənən davranış aldadıcıdır. İlk fürsətdəcə İranın istənilən təxribata gedə biləcəyini istisna etmək olmaz”.

Bunu son zamanlar Cənub “qonşumuz” İranın səssizliyinin yaxşıya, yoxsa pisə yozulması barədə fikirlərini səsləndirən “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın Azərbaycana münasibətinin yaxşı yöndə dəyişməsini gözləmək mümkün deyil:

“İndi sərgilənən davranış aldadıcıdır. İlk fürsətdəcə İranın istənilən təxribata gedə biləcəyini istisna etmək olmaz. Sadəcə, radikal çıxış və bəyanatlarla Azərbaycanı qorxutmağa çalışırdı, o da alınmadı. İlk vaxtlar İran rejimi hesab edirdi ki, Azərbaycan müharibədən zəfərlə çıxsa da, zəif düşüb. Ona görə də aqressiv münasibətlə bizi qorxutmağa çalışırdı. Görəndə yox, Azərbaycan daha da güclənib, xalqın coşqusu, özünə inamı, ordusuna etimadı çox yüksəkdir, geri çəkildi. Bunu münasibətlərin yaxşıya doğru dəyişməsi yox, gizli fəaliyyət kimi qəbul etmək gərəkdir.

İran hər zaman olduğu kimi, yenə də Ermənistanın yanındadır. Son günlər bizə qarşı aqressiv bəyanatlar səsləndirməsələr də, Ermənistanla müxtəlif formatlarda daha yaxından əməkdaşlıq edirlər. İranın Ermənistandakı səfiri vasitəsi ilə müxtəlif danışıqlar aparırlar.

Son bir neçə gündə İranın İrəvandakı səfiri Ermənistan parlamentinin spikeri ilə, Ermənistan hökumətinin diaspor üzrə səlahiyyətli nümayəndəsi ilə görüşlər keçirib. Bunlar mətbuatda geniş yayılan informasiyalardır. Gizli, mətbuatdan gizlətməyə çalışdıqları görüşlər də keçirilir. Bu görüşlər isə Ermənistanın yenidən silahlandırılmasında İranın iştirakı ilə bağlıdır.

İran Zəngəzur dəhlizinin açılmasına etiraz etməkdə davam edir. Regional təhlükəszilik adı altında Rusiya tərəfi ilə açıq və gizli görüşlər, müzakirələr aparılır. Yəni İran müxtəlif formatlarda Zəngəzur dəhlizinin əleyhinə təbliğat aparır. Ona görə də İranın Azərbaycana qarşı münasibəti dəyişib, yaxud müsbətə doğru addım ata bilər kimi düşünmək sadəlövhlükdür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv