!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın vurulmasında Ermənistanın əli var? - "Nüvə silahı əldə etməyə çalışan fars rejiminə qarşı..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənilərin hər zaman istənilən pisliyi edə biləcəklərinə hazır olduqlarını unutmamalıyıq”.

Bunu İrana atılan dronlarda Ermənistanın əli olması ehtimalından danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, arxadan zərbə vurmaq, satqınlıq və digər neqativ xüsusiyyətlər ermənilərin xislətində var:

“Bir müddət öncə İranda baş verən proseslər daha da gərginləşib. İran terror ölkələri sırasında ilk yeri tutur. Buna görə də dünya dövlətlərinin uran istehsalını artıraraq nüvə silahını əldə etməyə çalışan İranın zərərsizləşdirilməsində marağı böyükdür. Bu səbəbdən İrana qarşı müxtəlif addımlar atılır.

Ötən günlərdə İsrail İrana dronlarla hücum edərək stratejik hərbi obyektləri bombaladı. Atılan dronlarda Ermənistanın əlinin olması ilə bağlı iddiaların doğru olduğunu düşünmürəm. Çünki həmən dronların İsrailə aid olduğu rəsmilər tərəfindən etiraf olunub.

Ermənistanla İsrailin yaxın münasibəti yoxdur. Ona görə də İsrailə aid dronların İranda Ermənistandan keçirilərək partladılması ehtimalını yüksək qiymətləndirmirəm. Ancaq ermənilərin hər zaman bütün pisliklərə hazır olduğunu unutmamalıyıq. Qanlarında satqınlıq, ikiüzlülük axan ermənilərdən hər şey gözləmək mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv