!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İranın xarici işlər naziri BMT-nin Baş katibi ilə danışdı

!Reklam – Yazi

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Yenicag.az iran mətbuatına istinadən xəbər verir ki, Hüseyn Əmirabdullahian BMT-nin baş katibi ilə bəzi regional və beynəlxalq məsələləri, o cümlədən Qəzzada baş verən hadisələri, sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqları müzakirə edib.

O, sanksiyaların ləğvi ilə bağlı danışıqlara münasibət bildirib: “Biz güclü və sabit razılığın əldə olunmasına ciddi yanaşırıq. İndi Vyanada danışıqlar ciddi şəkildə aparılır, baxmayaraq ki, bu məsələnin nəticəsi ABŞ-ın razılığından asılıdır. ABŞ praktikada lazımi çeviklik və realizm nümayiş etdirəcəkmi? Bizim güclü və davamlı razılaşma əldə etmək üçün ciddi və real iradəmiz var, bunu göstərmişik”.

BMT-nin Baş katibi dünyada nüvə silahlarının aradan qaldırılmasının zəruriliyini və Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyini vurğulayıb: “Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqları bizim üçün çox vacibdir və biz bu sazişin tərəfləri ilə əlaqə saxlayırıq. Biz bu mərhələdə daha çox kompromis və çevikliyi vurğulayırıq”.

O deyib ki, biz İranın nüvə proqramı üzrə işi bağlamağa çalışmaq istəyirik və bunu Avropa və Amerika tərəflərinə də çatdırmışıq.

www.yenicag.az

299
Ads
www.veteninfo.com
!Reklam – Arxiv