!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın zərbələri nəticəsində iki uşaq həlak oldu: Pakistan Tehrana xəbərdarlıq etdi

!Reklam – Yazi

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub.

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarına görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – XİN-in sənədində qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub./Report/

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv