!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranla Ermənistanın dəyişməz XİSLƏTİ: "Bilməlidirlər ki, hər an qarşılarında Türkiyəni görəcəklər"

!Reklam – Yazi

“Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizinin bağlanması gündəmə gələ bilər”.

Bu fikirləri Ermənistan tərəfinin sərhədə yeni qüvvələr yığması fonunda İranın hərbi təlimlər keçirməkdə məqsədini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, İran Azərbaycan ərazisinə soxulmağın razılaşmaya əsasən, Türkiyəyə müharibə elan etmək anlamına gəldiyini başa düşməlidir:

“Paşinyan açıqlamasında bildirdi ki, dəhliz açılmayacaq. Erməni tərəfi bundan əvvəl ağır texnika, artilleriya qurğularını sərhəd yaxınlığına yığmışdılar, təlimlər keçirirlər. Hadisələrin bu məqamında İran Azərbaycanın cənub istiqamətində 40 minlik qoşun ilə hərbi təlimlərə start verdi. SEPAH qoşunlarının generalı Azərbaycana hədə-qorxu gəldi.

Bundan əlavə, Fransadan nümayəndələr Ermənistana gəliblər. Bu məqamda erməni tərəfi iddia etdi ki, Azərbaycan atəşkəsi pozub, ancaq rəsmi Bakı atəşkəsi pozmadığını bəyan etdi. Bunlar hamısı təxribatdır. Dünya miqyasında Azərbaycanı işğalçı dövlət kimi qələmə vermək istəyirlər. Baxmayaraq ki, 30 ilə yaxın müddətdə torpaqlarımızı viran, suveren ərazimizi işğal ediblər, Avropa isə buna göz yumub. Noyabr ayına kimi sülh olmasa, müharibə ola biləcəyini bildirirlər. Azərbaycan Prezidenti isə Astanada çıxış etdi və mesajlarını təkcə Ermənistana yox, həm də başqa dövlətlərə verdi. Prezident bildirdi ki, 10 noyabr bəyanatının 4 və 9-cu maddələri yerinə yetirilməyib. 4-cü maddədə göstərilib ki, sülhməramlılar Qarabağa daxil olduğu zaman erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Biz onu görmədik, hələ də ərazidə qeyri-qanuni erməni silahlıları var. 9-cu maddəyə görə Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına mane olmamalı idi. Prezidentin mesajından belə anlaşıldı ki, əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizinin bağlanması gündəmə gələ bilər.

İran Azərbaycan sərhədlərinə yaxın bu həcmdə qoşunla hərbi təlim keçirməmişdi. Bu təlim təsadüfi deyil. İranın təlimində əsas diqqət çəkən məqam Araz çayını necə keçmələridir. Bu istiqamətdə hərbi təlimlər keçmələri Azərbaycana qarşı təxribat kimi qiymətləndirilməlidir.

İran bilməlidir ki, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, iki dövlətdən birinin ərazisinə təcavüz olarsa, digəri hərəkətə keçəcək. Bu da o deməkdir ki, İran hər an qarşısında Türkiyəni görəcək. Tehran bunu anlamalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv