!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranla Ermənistanın qardaşlaşmasının PƏRDƏARXASI: "Fars rejiminin dinlə örtülən maskası yırtılıb"

!Reklam – Yazi

“İranla Ermənistanın qardaşlaşması, hansısa birgə tədbirlər həyata keçirməsi Azərbaycana qıcıq vermək üçün edilir”.

Bu sözləri İran Ermənistan münasibətləri və bunun regiona verəcək təsirini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, İranın dinlə örtülən maskası yırtılıb:

“Kənardan baxanda Ermənistan İran münasibətləri normal görünə bilər. Mahiyyətinə vardıqda görürsən ki, münasibətlərin içərisində anormallıq həddən artıq çoxdur. İran dünyanın ən teokratik, qatı islam fundementalizminin höküm sürdüyü və bunun siyasətə çevrildiyi ölkəsidir. Belə bir ölkənin Qərbə meyil edən, inkişaf etmək istəyən Ermənistanla münasibətləri müvəqqəti xarakter daşıya bilər.

İranla Ermənistanın qardaşlaşması, hansısa birgə tədbirlər həyata keçirməsi Azərbaycana qıcıq vermək üçün edilir. Zənnimcə, dövlətlər və siyasətçilər bu cür siyasət yürütməməlidilər. Bu prosesdə uduzan tərəf İran olacaq. Artıq İranın dinlə örtülən maskası yırtılmaqdadır. Digər müsəlman ölkələrinin heç biri İranla normal münasibətə malik deyil. İranlıların kafər dediyi, provaslav kilsəsinin erməni Qriqoryan kilsəsi ilə İran şəriət rejiminin qol-boyun olması dünya müsəlmanları tərəfindən heyrətlə qarşılanır. Məsələ o yerə çatıb ki, dünya qadınlarının konqresini keçirir, Ermənistan Baş nazirinin xanımını ora dəvət edir, iltifat göstərdilər. Hətta onu müqəddəs peyğəmbərimizin məsum qızı Fatimə ilə müqayisə etməyə sözlər də tapırlar. Bu başdan ayağa biabırçılıqdır”.

Səxavət Məmməd

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv