!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranla fikir ayrılığımız olsa da, Ermənistanla bağlı eyni fikirdəyik” – Fransalı səfir

!Reklam – Yazi

“İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistanla bağlı fikirimiz yekdildir”.

Yenicag.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini deyib.

Onun müsahibəsində Qafqaz regionunda gərginliyin artmasına töhfə verən Fransanın təmsil olunduğu Aİ-nin Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflətmək istədiyi barədə fikirlər də mövcuddur.

“Biz təsir dairələri baxımından düşünmürük, bu, əslində təkcə Fransanı narahat edən məsələ deyil. Son bir neçə ildə İran Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını dəfələrlə bildirib.

İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistanla yekdil olduğu bir məsələdir. BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər.

Azərbaycanın narahatlığına gəlincə, əgər siz Ermənistanın hava məkanını pozmasanız, heç vaxt onun hava hücumundan müdafiəsi ilə qarşılaşmazsınız. Bu, müdafiə potensialıdır.
Bizim təchiz etdiyimiz hər şey – silahlar, avadanlıqlar, təlimlər məhz bu məqsədə uyğundur”, – Dekotini bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

110
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv