!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İraq türk qoşunlarının çıxarılmasını TƏLƏB EDİR

!Reklam – Yazi

İraq PKK-nın “qovulmasından” sonra türk qoşunlarının çıxarılmasını tələb edib.

Yenicag.az BasNews-a istinadən xəbər verir ki, bu barədə İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Araci çərşənbə günü, martın 13-də bildirib.

Əl-Araci bildirib ki, İraq öz ərazisində türk hərbçilərinin olması ilə bağlı yeni tədbirlər görür.

Araci qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarının ölkədən çıxmasından sonra türk qoşunları dərhal İraqı tərk etməyə məcbur olacaq.

“Türkiyə qoşunlarının İraq ərazisində olması əsassızdır, xüsusən də İraqın İŞİD-ə qarşı mübarizə qabiliyyəti nəzərə alınarsa”, – Araci mətbuat konfransında deyib.

O vurğulayıb ki, İraq Türkiyə ilə sərhədində qəti tədbirlərə başlayıb və bu, ölkənin problemin həllində ciddi olduğunu göstərir.

Bu bəyanat Türkiyənin Xarici İşlər, Müdafiə və Kəşfiyyat nazirliklərinin rəhbərlərinin İraqa bugünkü səfəri fonunda verilib.

Xuraman Etibarlı

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv