!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraqı İran əleyhinə nümayişlər BÜRÜDÜ – FOTOLAR

!Reklam – Yazi

İran əleyhinə nümayişlər İraq Kürdüstanının digər şəhərlərinə də yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kürd xəbər kanalı Rudaw məlumat yayıb. Bildirilir ki, bu gün, yanvarın 23-də İraq Kürdüstanının Süleymaniyyə, Hələbcə, Soran və Ranya şəhərlərində İranın Ərbili bombalamasına etiraz olaraq nümayişlər keçirilir.

İraq Kürdüstanında İran əleyhinə nümayişlər üçüncü gündür ki, davam edir. Yanvarın 21-də minlərlə sakin Zaxo şəhərində, 22-də isə Əkrə şəhərində toplaşıb.

Xatırladaq ki, yanvarın 15-dən 16-na keçən gecə İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin İraqdakı hərbi bazalarına və Mossad “qərargahına”, eləcə də Suriyadakı İŞİD hədəflərinə hücumlar təşkil etdiyini bildirib.

Rudaw xəbər kanalı kürd iş adamı Peşrav Dzeyiya və onun 4 ailə üzvünün Ərbildəki tətillər nəticəsində həlak olduğunu bildirib. Daha sonra İraqın milli təhlükəsizlik müşaviri Ərbildə Mossad “qərargahının” olmasını təkzib edib.

Xuraman Etibarlı

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv