!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli” İctimai Birliyi rebrendinq keçirdi

!Reklam – Yazi

“İrəli” İctimai Birliyi tərəfindən media nümayəndələri üçün rebrendinq keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan tədbirdə ölkə ictimaiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib.

Tədbir zamanı ” İrəli” İctimai Birliyinin yeni loqosu və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunub. Həmçinin qeyd olunub ki, yeni loqo Ali Baş komandanın “Dəmir Yumruq simvolu ilə xalqımızın birlik və həmrəyliyini özündə ehtiva edir. Bununla yanaşı, təşkilatın gələcək planları və yaxın zamanlarda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, təşkilat 12 illik fəaliyyəti dönəmində dövlət gənclər və siyasətinin inkişafına mühüm töhfələr vermiş, ölkənin aparıcı gənclər təşkilatlarından biri kimi özünəməxsus yer tutmuşdur. Son illər gənclər siyasətinin daha müasir çağırışlar əsasında formalaşmasını nəzərə alaraq, “İrəli” İctimai Birliyinin fəaliyyətinin mahiyyətcə yeni mərhələyə qədəm qoyması təşkilatın ən başlıca məqsədlərindən biri kimi qeyd olunub.

Rebrendinqin sonunda “İrəli” İctimai Birliyinin həyata keçirildiyi tədbirləri Kütləvi İnformasiya vasitələrində işıqlandıran bir sıra media nümayəndələri və qurumları təşəkkürnamə ilə təltif olunublar.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv