!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan iki od arasında: "Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün..."

!Reklam – Yazi

“Rusiyadan İrəvana gələn ermənilər çalışacaq ki, Paşinyan hakimiyyətini devirsinlər”.

Bu sözləri Rusiya ermənilərinin Ermənistandakı etirazlara qoşulması və Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağrılmasını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Paşinyan hakimiyyətini devirə bilməyəcəklər:

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər gərginləşməkdə davam edir. Həm ABŞ, həm Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Ermənistanı seçiblər. Bu ilin aprel ayının 5-də Brüsseldə görüş keçirildi. Həmin görüşdə Ermənistana maliyyə yardımı ayrıldı. Ermənistanda gedən proseslərlə bağlı ABŞ-nin bəyanatı oldu ki, Ermənistana kömək etmək üçün addımlar atacaqlar.

Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir. Qərb isə Ermənistana bu yöndə maliyyə yardımları edir. Hazırda Ermənistan iqtisadiyyatı Rusiyadan, Avroasiya ittifaqından aslıdır. Avroasiya ittifaqından ayrılmaq üçün ABŞ Ermənistana yardım etməlidir.

Rusiya Ermənistanı başa salmaq istəyir ki, iqtisadi ittifaqda qalıb, digər ittifaqlardan çıxmaq olmaz. Səfirin məsləhətləşmələr üçün geri çağrılması iki dövlət arasında olan gərginliyin artmasından xəbər verir. Rusiyadan İrəvana gələn ermənilər çalışacaq ki, Paşinyan hakimiyyətini devirsinlər. Ancaq bu, mümkün deyil. Çünki Gürcüstandan fərqli olaraq, Qərbin Ermənistana dəstəyi var”.

Səxavət Məmməd

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv