!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan izn almadan Qarabağa yardım göndərir - VİDEO

!Reklam – Yazi

Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan erməni icmasına Azərbaycandan heç bir izn almadan 400 ton humanitar yardım göndərir. Yardım üçün İrəvanın Şaumyan meydanında, Xarici İşlər Nazirliyinin binasından bir qədər aralıda 10 yük maşınından ibarət kolon düzülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, yük maşınların olduğu yerə xarici səfirlər də dəvət olunub. Onlara yardıma nələrin daxil olduğu göstərilib. Rusiyanın İrəvandakı səfirliyindən məsləhətçi-elçi Maksim Seleznev hadisə yerinə gəlib. Yük karvanının Zəngəzurun Kornidzor kəndinə göndərilməsi, oradan yardımın Rusiya sülhməramlıları vasitəsilə Qarabağ ermənilərinə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 15 iyunda Ermənistan hərbçilərinin Azərbaycan sərhədçilərinə qarşı silah tətbiq etməsi və bir sərhədçimizi yaralamasından sonra “Laçın” postu bağlanıb. Qarabağdakı erməni icması qida çatışmazlığının yaşandığını bildirsə də, Bakının Ağdamdan istənilən qida və digər məhsulları tədarük etmək təklifini rədd edir. Əvəzində isə Ermənistan Azərbaycanın razılığı olmadan “humanitar yardım” adı ilə Qarabağdakı separatçıların dövlətimizə və ərazi bütövlüyümüzə qəsd siyasətini dəstəklədiyini nümayiş etdirir.

Bu, erməni təxribatının yeni metodudur.

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv