!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan polisi Şahramanyanı saxladı

!Reklam – Yazi

Ermənistanın Patrul xidməti Qarabağdan qovulmuş qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıb. Şahramanyana qanunla kortejdə getmək hüququ olmadığı barədə xəbərdarlıq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifyönlü deputatı Tiqran Abramyan məlumat yayıb.

Abramyan bildirib ki, polislər Samvel Şahramanyanın avtomobilini öz təşəbbüsləri ilə saxlamazdılar və yəqin ki, onlara yuxarıdan belə göstəriş verilib.

“Hökumət “Artsax”la bağlı hər şeyi məhv edir”, – Tiqran Abramyan həyəcanla car çəkib.

Onun sözlərinə görə, Samvel Şahramanyanın saxlanılması və ona kortejlə getməyin yasaq edilməsi o deməkdir ki, “Artsax artıq yoxdur”.

www.yenicag.az

92
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv