Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İrəvan səmasına 30 PUA göndərmək – Müharibə bəhanəsi daha necə olmalıdır? – Səxavət Məmməd yazır

Reklam: High Technic

Müharibədə silahı çox olanlar, əsgərləri güclü olanlar qalib gəlmir. Müharibə həm də taktika və strategiyanın savaşıdır. Düzgün taktika, çevik addım və dəqiq hesablanmış strategiya doğru hədəfə aparır.

Xüsusilə, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan müharibəni şaxələndirməyə başlayıb. Öncə sözlə hərəkətə keçdilər. Naxçıvan iddası, Gəncə arzusu…

Sözün hərəkət formasını isə görməkdəyik. Naxçıvan istiqamətində hərəkətlilik, ardınca Tovuz isitqamətində hücum… Əslində, hiss olunur ki, Ermənistan Azərbaycanı, daha dəqiq desək, hərbi başbilənlərimizin düşüncələrini çözüb. Bəlkə də kəşifiyyat məlumatına uyğun hərəkət edirlər, bilmirəm. Əsas odur ki, durmadan hədəfdən yayındırırlar.

Mənə görə Tovuz “kor nöqtə”dir. İşğal və işğala cəhd edilsə, neft-qaz kəmərləri hədəf olsa, Qazax daha yaxındır. Qazax istiqamətində edilən istənilən hərbi aksiya Azərbaycanın əlinə imkan verəcək ki, 7 kəndi işğaldan azad etsin. Ən azı buna cəhd olacaq.

Müasir dövrdə piyadalar döyüşün yekunun həll etməsə də, nəticə piyadalar möhkəmlənəndən sonra bəlli olur. Tovuzda piyada döyüşü olmayıb. Bunu hər iki tərəfin rəsmi açıqlamalarına əsasən deyirəm. Bu, onu deməyə əsas verir ki, Ermənistan planlı hərəkət edir, mətbuatımız da bilməyərəkdən (pisniyyət deyiləm, bilərəkdən də yaza bilərdim) bu şaxələnməyə işıq tutur.

Tovuzda məsələ bitməmiş erməni tərəfi daha bir istiqaməti hədəfə aldı. Şəmkirə PUA göndərildi və vuruldu. Buna çox sayda ağıllı hesab etdiyim adam sevinib-güldü. Əslində, güməli yox, ağlamalı mövzudur. Düşmən PUA-sı cəbhədən, sərhəddən kifayət qədər aralı olan Şəmkirə necə gələ bilir? Onu Şəmkirə buraxanlar dərhal cəzalandırılmalı idi. Düşmən PUA-sı nəinki sərhədi keçəndə, sərhədə yaxınlaşaraq təhdid yaratdığı anda vurulmalıdır. Hə, buna sevinmək olar.

Ermənistan hər istiqamətdən müharibəni şaxələndirir, biz isə lokallaşdırmağa cəhd edirik. Bilirsiniz, insanların qoluna qandal vurmaq olar, ancaq düşüncəsinə əsla. Şəmkirdə düşmən PUA-sı görən şəxs istər-istəməz qarşı tərəfin imkanları haqda düşünəcək.

Buna sadəcə, PUA-nın vurulması ilə cavab verilməməlidir. Adekvat addım atılmalıdır. PUA-nı vurmaq cavab yox, borcdur. Cavab isə çox sadədir, Naxçıvandan eyni anda 30 PUA-nı qaldırırsan İravan səmasına. O PUA-lardan 20-si, lap hamısı vurulsun (bu isə mümkün deyil). Elə bilək ki, hansısa yol çəkilişində pul silinib. Bunun effktinə gəldikdə isə, ən azı İrəvanda çaxnaşma düşəcək, ermənilərin beyninə qurd girəcək.

Kimsə deyə bilər ki, bu addım müharibə səbəbi ola bilər. Əvvəla, axtardığmız bəhanə bu deyilmi? İkincisi isə Ermənistan Şəmkirə PUA uçurdanda müharibə səbəbi olmur, Azərbaycan İravana PUA göndərəndə, olur?

www.yenicag.az

2873